Şahdağa yenə qar yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumata yayıb.

Ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.

Qar örtüyünün hündürlüyü Şahdağda 33 sm olub.

Düşən yağıntının miqdarı Beyləqanda 12 mm, Göyçay, Zərdab, İmişlidə 10 mm, Cəlilabad, Qrız, Yevlax, Sabirabad, Oğuz, Cəfərxan, Biləsuvar, Kürdəmir, Mingəçevir, Qəbələ, Lerik, Tərtər, Xaltan, Şəki, Naftalan, Qax, Ağdam, Ağstafa, Yardımlı, Altıağac, Quba, Ordubad, Neftçala, Şabran, Qusar, Lənkəran, Qobustan, Zaqatala, Balakən, Ceyrançöl, Tovuz, Gəncə, Şahbuz, Bərdə, Astara, Şamaxı, Şəmkir, Sədərək, Şərur, Naxçıvanda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 3 mm-dək olub.

Daşkəsən, Şəmkir, Şəki, Qax, Göygöl, Şamaxı, Qrız, Neftçala, Yardımlı, Tərtər, Göyçay, Göygöl, Balakən, Qəbələ, Lerik, Sumqayıtda duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 13 dərəcəyədək, Naxçıvan MR-da 13 dərəcəyədək, Aran rayonlarında 15 dərəcəyədək, dağlıq rayonlarda 6 dərəcəyədək isti olub.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info