Cevdet Yılmaz Milli Məclisin qərarını ALQIŞLADI



Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz Azərbaycan Respublikası Milli Məclisinin Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması haqqında qərarını alqışlayıb.

C.Yılmaz Lefkoşada jurnalistlərlə söhbətində işçi qrupunun fəaliyyətinin KKTC və Azərbaycanın rifahına xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

“Bu gün mən bu xoş xəbəri bölüşmək istəyirəm: Azərbaycan ilə ŞKTC arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Ümid edirik ki, onun fəaliyyəti iki qardaş dövlətin maraqlarına töhfə verəcək. Bu gün artıq belə deyirik: “Bir millət, üç dövlət”, - deyə C.Yılmaz vurğulayıb.

Ankaranın ŞKTC-nin maraqlarını dəstəkləmək kursunun dəyişməzliyini vurğulayan Türkiyənin vitse-prezidenti qeyd edib ki, Lefkoşa ilə ikitərəfli əlaqələrin inkişafı məsələsində müsbət addımlar Türk Dövlətləri Təşkilatı müstəvisində, o cümlədən Azərbaycan tərəfindən də qeydə alınır. Siyasətçi habelə, ŞKTC ilə beynəlxalq əlaqələrin inkişafı üçün yeni addımlar atmağa çağırıb.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info