Rusiyada bənd dağıldı: 600-ə yaxın evi su basdı


Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində bəndin uçması nəticəsində 600-ə yaxın evi su basıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin teleqram kanalında məlumat yayılıb.

Daşqın zonasından sakinlərin təxliyyəsi davam edir.

“Xilasedicilər qayıqlardan istifadə etməklə insanları çıxarırlar. 12 müvəqqəti yerləşdirmə mərkəzində 73-ü uşaq olmaqla, 230-a yaxın insan var", - məlumatda deyilir.

Hadisə yerində 530-dan çox mütəxəssis, 125 texnika və 75 qayıq var.

4 mindən çox ev və 11 minə yaxın sakin daşqın zonasındadır. Şəhərin üç rayonundan ikisi - Leninski və Sovetski təxliyə edilir.

Daşqına görə, Orenburq vilayətində fövqəladə vəziyyət rejimi elan olunub.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info