Terrordan sonra Qırğızıstan vətəndaşlarının Rusiyaya girişi qadağan edildi

“Crocus City Hall” konsert zalında törədilən terror aktından sonra 69 Qırğızıstan vətəndaşının Rusiyaya girişi qadağan edilib.

Bunu Qırğızıstan xarici işlər nazirinin müavini Almaz İmanqaziyev parlamentin beynəlxalq məsələlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin iclasında deyib.

“Martın 23-dən qırğızıstanlılar Moskva hava limanlarından vətənlərinə qayıdıblar. Bəziləri qara siyahıya salınıb. Rusiya, təhlükə kimi gördüyü əcnəbiləri ölkəyə buraxmamaq hüququna malikdir”, - o bildirib.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info