Rusiya - Paraqvay oyunu təxirə salındı

Martın 25-si Moskvada keçirilməsi planlaşdırılan Rusiya - Paraqvay yoxlama oyunu təxirə salınıb.

Bu barədə Rusiya Futbol Federasiyası məlumat yayıb.

Bilirilib ki, qərar dünən “Crocus City Hall”da törədilən terror aktı səbəbindən verilib.

Qarşılaşma qeyri-müəyyən vaxta keçirilib.

Qeyd edək ki, Rusiya millisi martın 21-də Moskvada Serbiya millisi ilə yoxlama oyunu keçirmiş və 4:0 hesabı ilə qələbə qazanmışdı.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info