Avropada 47-ci: “Qarabağ” 10 milyonu keçib


Avrokubokların cari mövsümündə ən çox mükafat qazanan klublar açıqlanıb.

Azərbaycan çempionu "Qarabağ" "Top-50"də qərarlaşıb.

Mübarizəyə Çempionlar Liqasında başlayan, Avropa Liqasında 1/8 finala adlayan Ağdam klubu artıq 10 milyon 482 min avro əldə edib. Bu, mövsümün 47-ci göstəricisidir.

Təmsilçimizin 1/8 finaldakı rəqibi "Bayer" 34-cüdür. Almaniya klubu 13 milyon 790 min avro mükafat əldə edib.

Qeyd edək ki, cari mövsüm ən çox qazanan klub "Real"dır. İspaniya klubu artıq 79 milyon 892 min 421 avro əldə edib.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info