Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Binanın 5-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin mətbəxində 5 p.m mebel, 1 ədəd paltaryuyan maşın və 1 ədəd kondisioner yanıb. Yüksək temperaturdan eyvanda 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info