Xaçmazda yaşayış evində partlayış - Xəsarət alan var


Xaçmazın Hülövlü kəndində fərdi yaşayış evində baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.

İlkin ehtimala görə, qaz sobasının partlaması nəticəsində baş verən hadisə zamanı 1998-ci il təvəllüdlü Məmmədov Faiq İntiqam oğlu yanıq xəsarətləri alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Partlayış zamanı Faiqin anası Məmmədova Zümrüd Eynulla qızı da evdə olub. Amma o, başqa otaqda olduğundan xəsarət almayıb. 

Faktla bağlı araşdırma aparılır.(AZƏRTAC)
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info