Ötən il Azərbaycanda uşaqlara qoyulan quş adları - Kəklik, Bülbül, Durna...

Ötən il Azərbaycanda 127 uşağa Şahin adı qoyulub.

Digər quşlardan Tərlan adı 24 uşağa, Qumru 35, Durna 3, Turac 2, Kəklik və Bülbül adlarının hər biri isə 1 nəfərə verilib.

Bundan başqa, ötən il uşaqlara qoyulan adlar arasında digər canlılara məxsus isimlər də yer alıb. Belə ki, 352 uşağa Ahu, 195-nə Aslan, 16-na Maral, 15-nə Ceyran, 1-nə isə Bəbir adı verilib.

Qeyd edək ki, 2023-cü ildə oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Zəhra adı verilib.("Report")
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info