2024-cü ilin yanvar ayında iqtisadiyyatın bir sıra sahələrində yüksək artım templəri müşahidə olunub

2024-cü il Azərbaycan iqtisadiyyatında yüksək göstəricilərlə başlayıb. Belə ki, ötən ilin müvafiq
dövrü ilə müqayisədə bu ilin yanvar ayında ÜDM 5%, o cümlədən qeyri-neft-qaz ÜDM-i 12,3%
artıb.
Əlavə dəyərdə artım tikinti sektorunda 66,9%, nəqliyyat və anbar təsərrüfatında 26,8%, qeyri-
neft-qaz emal sənayesində 16,8%, turizm və ictimai iaşədə 12,1%, informasiya və rabitədə
11,8% təşkil edib. Ölkə iqtisadiyyatında yüksək investisiya fəallığı qeydə alınıb.
2024-cü ilin yanvar ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala investisiya
qoyuluşları 37,4%, o cümlədən qeyri-neft-qaz sektoruna 34,1% artıb ki, bu da iqtisadi artıma
töhfə verən mühüm amildir.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info