16 yaşlı qız dəm qazının qurbanı oldu


Sumqayıtda yeniyetmə qız dəm qazından boğulub.

Hadisə dünən saat 15 radələrində Tağıyev qəsəbəsində yerləşən fərdi yaşayış evində baş verib. Orada yaşayan 2008-ci il təvəllüdlü Fatimə Nurəliyevanın meyiti hamam otağında tapılıb.

İlkin müayinə zamanı onun dəm qazından boğulması məlum olub.

Faktla bağlı araşdırma aparılır.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info