Anasının başını kəsdi, qonşusunu qətlə yetirdi - Kürdəmirdə dəhşət

 

Bu gün saat 12 radələrində Kürdəmir rayonunun Şıxımlı kənd sakini, 1981-ci il təvəllüdlü İlham İsa oğlu Alıyev yaşadığı evdə anası, 1949-cu il təvəllüdlü Nəsibə Soltan qızı Aliyevaya və həmkəndlisi, 1970-ci il təvəllüdlü Vüqar Davud oğlu Məmmədova, daha sonra isə kənd ərazisində digər bir həmkəndlisi, 1980-ci il təvəllüdlü Famil Oqtay oğlu Şükürova kəsici-deşici alətlə xəsarətlər yetirib.

Bu barədə Yenixeber.org-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, hadisə nəticəsində N.Aliyeva və F.Sükürov ölüb, V.Məmmədov isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisəni törədən şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info