Xalq artisti Tofiq Mirzəyev seçiciləri İlham Əliyevə səs verməyə çağırıb

Azərbaycanın xalq artisti, “Şöhrət” ordeni laureatı, hazırda İsrailin Arad şəhərində
yaşayan Tofiq İbrahim oğlu Mirzəyev Azərbaycan vətəndaşlarına müraciət
ünvanlayıb.
Müraciətdə deyilir:
“Hörmətli cənab Prezident.
Mən, Tofiq Mirzəyev 1932-ci ildə Azərbaycanın Gədəbəy rayonunda anadan
olmuşam. Azərbaycan Dövlət Konservatoriyasını bitirmişəm. Niyazinin dirijorluğu
ilə Azərbaycan Dövlət Simfonik Orkestrində solist işləmişəm.
Moskva Televiziyasında rejissorluq kursunu bitirdikdən sonra Azərbaycan Dövlət
Televiziyasında Qara Qarayev, Tofiq Quliyev, Müslüm Maqomayev, Rəşid
Behbudov və bir çox başqaları haqqında musiqili verilişlər çəkmişəm. Aktyor kimi
iyirmidən çox filmdə, o cümlədən “Uşaqlığın son gecəsi”, “Cinahsız cəbhə”,
“İstintaq”, “Nəsimi”, “O qızı tapın” və bir çox başqa filmlərdə çəkilmişəm.
Hazırda İsraildə yaşayıram və təəssüf ki, növbədənkənar Prezident seçkilərində
iştirak edə bilməyəcəyəm. Lakin mən bütün qəlbimlə Azərbaycan sakinlərini,
Azərbaycanı sevən və onun gələcəyini düşünən hər kəsi indiki Prezident İlham
Heydər oğlu Əliyevə səs verməyə çağırıram. Çünki heç kimin edə bilmədiyini
Azərbaycan üçün o, etdi – İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa
etdi. Mən qoca adamam və tam səmimi deyirəm ki, nə vaxtsa torpaqlarımızın azad
ediləcəyinə artıq heç kim inanmırdı. Çünki düşmənimizin dünyada çox güclü
mövqeləri var və yalnız İlham Əliyevin uzaqgörən və müdrik siyasəti bunu
mümkün edib, torpaqlarımız əsl sahibinə - Azərbaycan xalqına qaytarılıb.
İlham Əliyevə səs verin və o zaman Azərbaycan müstəqil qalib ölkənin şöhrətini
daha da möhkəmləndirəcək!”
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info