ABŞ-da helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb

ABŞ-ın Nyu-Meksiko ştatının Las-Veqas şəhəri yaxınlığında şerif departamentinə məxsus helikopter qəzaya uğrayıb.

Ulutv.info abc news-a istinadən xəbər verir ki, bu barədə Bernalillo dairəsinin şerif departamenti məlumat yayıb.

Qəza nəticəsində təyyarədə olan 4 nəfər ölüb. Məlumata görə, onlardan üçü şerif idarəsinin, biri isə dairənin yanğınsöndürmə xidmətinin əməkdaşı olub.

Helikopterin yanğının söndürülməsində yanğınsöndürmə briqadalarına kömək etdikdən sonra geri döndüyü vurğulanır. Hadisə Albukerke şəhərindən şimal-şərqdə baş verib.

Ştat polisi əlavə edib ki, qəzanın səbəbi Federal Aviasiya İdarəsi və Nəqliyyatda Milli Təhlükəsizlik Şurasının araşdırmalarından sonra müəyyən ediləcək.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info