Somalidə partlayış zamanı iki nazir də daxil olmaqla azı 14 nəfər yaralanıb

Somalidə törədilən partlayış zamanı iki nazir də daxil olmaqla azı 14 nəfər yaralanıb.

Ulutv.info report-a istinadən xəbər verir ki, bu barədə “Somali Guardian” məlumat yayıb.

Couxar şəhərində prezident kompleksinin yaxınlığındakı “Nur Dob” otelinin girişində yük maşını partlayıb. Hadisə zamanı binaya, eləcə də yaxınlıqdakı evlərə xeyli ziyan dəyib.

Nəşrin məlumatına görə, partlayışda xəsarət alanlar arasında səhiyyə və qadın məsələləri üzrə nazirlər, həmçinin Hirşabel muxtar vilayəti parlamentinin keçmiş sədr müavini də var.

Partlayışa görə məsuliyyəti “Aş-Şabab” terror qruplaşması üzərinə götürüb.

“Sinxua” agentliyi Hirşabel ştatının mətbuat katibinə istinadən partlayış zamanı iki nəfərin ölməsi, 15 insanın yaralanması barədə xəbər yayıb.

17.07.2022. 17:40
Somalinin cənub ştatın Hirşabelle əyalətinin paytaxtı Couxar şəhərində otelin yaxınlığında güclü partlayış baş verib.

Ulutv.info tass-a istinadən xəbər verir ki, bu barədə Somalinin Milli Televiziyası məlumat yayıb.

Məlumata görə, otelin yaxınlığında minalanmış avtomobil partladılıb, terrorçu ölüb.

"Somali Guardian" xəbər portalının məlumatına görə, ölənlərin sayı bir neçə onlarla ola bilər. "Goobjoog News" portalı mehmanxana binasında olan üç əyalət hökuməti nazirinin yaralandığını bildirib.

Ərazi polis tərəfindən mühasirəyə alınıb.

Ştat hakimiyyəti artıq hücuma görə “Aş-Şabab” qruplaşmasını günahlandırıb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info