Rusiya Mərkəzi Bankı "Apple"dan istifadəni qadağan edir

Dekabrın 25-dən etibarən Rusiya Mərkəzi Bankı əməkdaşlarına Amerikanın “Apple” şirkətinin telefon və planşetlərindən rəsmi məqsədlər üçün istifadə etməyi qadağan edəcək.

Bu barədə TASS məlumat yayıb.

Mərkəzi Bankın prezidenti Elvira Nabiulinanın göstərişinə əsasən, bank həmçinin şirkətdən avadanlıqların alışını da dayandıracaq.

"Rosatom" da belə bir qadağa tətbiq edəcək.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info