Co Bayden: İran Yaxın Şərqdə sabitliyi pozur

"İran Yaxın Şərq regionunda qeyri-sabitliyə səbəb olur və biz buna imkan verməyəcəyik".

Ulutv.info apa-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden bu gün Səudiyyə Ərəbistanı Krallığına səfəri zamanı deyib.

"Biz istəyirik ki, İran region ölkələri ilə əməkdaşlıq etsin, beynəlxalq hüququn prinsiplərinə əməl etsin və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlıq etsin" - deyə o, əlavə edib.

Bayden bildirib ki, ABŞ heç vaxt İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək.

"ABŞ İranın nüvə proqramına təzyiq göstərmək üçün diplomatik səylərini davam etdirir və biz rəsmi Tehranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışırıq" - Ağ ev rəhbəri vurğulayıb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info