"Danfoss" Rusiya bazarından çıxdığını elan edib

Danimarkanın sənaye, istilik, soyuducu və sürücülük avadanlığı istehsal edən "Danfoss" şirkəti Rusiya və Belarusdakı biznesini satmaq niyyətində olduğunu açıqlayıb.

Ulutv.inforeport-a istinadən xəbər verir ki, bu barədə TASS şirkətin mətbuat xidmətinə istinadən yazır.

“Danfoss" Rusiya və Belarusakı biznesin yerli idarəçiliyə verilməsi haqqında müqavilə imzalayıb. Müqavilə bağlandıqdan sonra "Danfoss" Rusiya və Belarusda fəaliyyət göstərməyəcək”, - məlumatda bildirilir.

Sövdələşmənin 2022-ci ilin sentyabrında bağlanacağı gözlənilir. Bu qərarı şirkət rəhbərliyi tədarük zəncirindəki uğursuzluqlar səbəbindən qəbul edib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info