"Moody's": “Belarus xarici borcunu defolt edib”

Moody's beynəlxalq reytinq agentliyi Belarusun xarici borc öhdəliklərini yerinə yetirmədiyini bəyan edib.

Ulutv.info report-a istinadən xəbər verir ki, bu barədə agentliyin saytında dərc olunan məlumatda deyilir.

Çərşənbə günü (13 iyul - Red) güzəşt müddəti başa çatan Belarus həmin tarixə qədər “Belarus-27” onillik avrobondlar üzrə 22,9 milyon dollar ödəməli idi.

Belarus Maliyyə Nazirliyi ödənişi milli valyutada həyata keçirdiyi üçün Belarus emitentlərinin xarici borcunun sahibləri ödənişləri ala bilməyiblər:

“Belarus rublunda xarici valyuta borcunun ödənilməsi defoltdur”, - agentliyin açıqlamasında deyilir.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info