Hondurasda naməlum şəxslər 4 nəfəri qətlə yetiriblər

Hondurasın paytaxtı Tequsiqalpada baş verən silahlı basqın nəticəsində keçmiş prezident Porfirio Lobonun oğlu da daxil olmaqla 4 nəfər öldürülüb.

Ulutv.info report-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı "La Prensa" qəzeti məlumat yayıb.

Qətl gecə klublarından birinin yanında törədilib. Naməlum şəxslər gənclərin olduğu avtomobili saxlayaraq onları nəqliyyat vasitəsindən düşürüblər, daha sonra onlara atəş açıblar. Qətliamın mümkün motivləri barədə məlumat açıqlanmayıb.

Xatırladaq ki, Lobo 2010-2014-cü illərdə Mərkəzi Amerika Respublikasına rəhbərlik edib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info