Rusiyanın Ukraynanın ətraf mühitinə vurduğu ziyanın miqdarı açıqlanıb

Ukraynanın Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyi genişmiqyaslı təcavüz zamanı Rusiya qoşunlarının Ukraynanın ətraf mühitinə vurduğu bütün itkiləri hesablayır.

Ulutv.info report və unian-a istinadən xəbər verir ki, bunu nazirliyin rəhbəri Ruslan Strelets deyib.

“Bu gün biz işğalçıların ətraf mühitə vurduğu bütün itkiləri hesablayırıq. Dəymiş ziyanın ümumi məbləği artıq 202 milyard qriveni ötüb və bu, bizim yeni metodlarımızdan istifadə etməklə hesablamalı olduğumuz halların hamısı deyil”-deyə, o bildirib.

Onun sözlərinə görə, nazirlik Ukraynanın bərpasına sərmayə qoymaq istəyən investorlara kömək etməyə hazırdır.



Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info