4 yaşlı Lizanın anası da öldü

Ukraynanın Vinnitsa şəhərinə raket hücumu zamanı ağır yaralanaraq reanimasiyaya yerləşdirilən dörd yaşlı Lizanın anası, 33 yaşlı dizayner və bloqer İrina Dmitriyeva da dünyasını dəyişib.

Ulutv.info milli.az və qafqazinfo-ya istinadən xəbər verir ki, raket hücumu zamanı onun dörd yaşlı qızı Liza yerindəcə keçinmişdi.

İrina daun sindromlu qızının həyatı haqqında bloq yazırdı. Balaca Lizanın "l.i.z.i.love" instaqram səhifəsində 4000 izləyicisi var. O, qızının uğurlarını sosial şəbəkələrdə bölüşərək, bu sindromdan əziyyət çəkən digər uşaqların anaları üçün məsləhətlərini paylaşırdı.

Xatırladaq ki, Rusiya Ukraynanın Vinnitsa şəhərinin mərkəzinə raket zərbələri endirib. Hadisə zamanı 23 nəfər ölüb, 90 nəfər yaralanıb. Baş vermiş hadisə ilə əlaqədar Vinnitsa şəhərində iyulun 15-i matəm günü elan edilib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info