Almaniyanın keçmiş kansleri partiyadan xaric edilə bilər

Almaniyanın koalisiya hökumətinə başçılıq edən Sosial Demokrat Partiyası (SPD) iyulun 14-də keçmiş kansler Gerhard Şröderin partiyadan mümkün xaric edilməsi ilə bağlı rəsmi müzakirələrə başlayıb.

Ulutv.info report-a istinadən xəbər verir ki, bu barədə DW məlumat yayıb.

Buna səbəb onun Ukraynada müharibəyə səbəb olan Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqələri olub.

Məhkəmə iddiası qərbdəki Hannover şəhərindəki partiyanın filialı tərəfindən qaldırılıb, lakin bunula bağlı arbitraj şurasının qərarı həftələr çəkəcək.

Qeyd olunur ki, Şröder ona qarşı istənilən qərardan apellyasiya şikayəti verə biləcək.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info