ABŞ vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırır

Amerika Birləşmiş Ştatları öz vətəndaşlarını Ukraynaya səfər etməməyə çağırıb.

Bu barədə ABŞ-ın Ukraynadakı səfirliyinin yaydığı məlumatda deyilir.

Həmçinin, Ukraynada olan amerikalılardan dərhal ölkəni tərk etmələri xahiş olunur.

Bununla yanaşı, səfirlik amerikalılardan kütləvi toplantılardan və təşkil olunan tədbirlərdən çəkinməyi xahiş edir. Bildirilir ki, onlar Ukraynanın istənilən yerində, o cümlədən qərb bölgələrində Rusiya hərbçilərinin hədəfinə çevrilə bilərlər.

Mənbə: RBC-Ukrayna

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info