ABŞ Almaniyadakı “Qazprom”un keçmiş strukturu ilə əməliyyatlara icazə verib

ABŞ Maliyə Nazirliyi Almaniyanın “SEFE Securing Energy for Europe GmbH” şirkəti ilə əməliyyatlara müvəqqəti icazə vermək qərarına gəlib.

Bu barədə
Ulutv.info
report və interfax-a istinadən xəbər verir.

Nazirliyin dərc etdiyi məlumatda deyilir ki, 16 dekabr 2022-ci il tarixinədək “SEFE Securing Energy for Europe GmbH ilə bağlı bütün əməliyyatlara icazə verilir.

Əvvəlcə “GAZPROM Germania GmbH” adlanan şirkət 31 mart 2022-ci ildə “Qazprom”un iştirakını dayandırdıqdan sonra Almaniya Federal Şəbəkə Agentliyinin müvəqqəti nəzarətinə keçib.

Eyni zamanda, Maliyyə Nazirliyi qeyd edir ki, bu qaydaya istisnalar var: ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını pozan əməliyyatlar, xüsusən də sanksiya siyahılarında olan şəxslərin iştirak etdiyi əməliyyatlar qadağandır.


Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info