ÜST: “Afrikada infeksiyaların heyvanlardan insanlara keçmə halları artıb”

“Afrikada infeksiyaların heyvanlardan insanlara keçmə halları artıb”.

Ulutv.info
report-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika ofisinin rəhbəri Matşidiso Moeti mətbuat konfransında bildirib.

“Afrikada zoonoz xəstəliklərin sayı 2012-2022-ci illər ərzində əvvəlki on illə müqayisədə 63% artıb. Ebola son illərdə Afrikada heyvanlardan insanlara keçən ən çox yayılmış infeksiyadır. Ondan sonra meymunçiçəyi gəlir”-deyə, o bildirib.

ÜST-nin mütəxəssisləri Afrikada heyvan xəstəliklərinin insanlara yayılmasını onunla izah edirlər ki, hazırda qitənin əhalisi planetin digər hissələrinə nisbətən daha sürətlə artmaqdadır.

“Bunun nəticəsində heyvandarlıq məhsullarına tələbat yüksəlib. Qidanın kifayət qədər diqqətli emal edilməməsi ilə patogenlər insan orqanizminə daxil ola bilər”.

ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info