Rusiyanın Azərbaycandakı səfiri Şuşaya səfər edib

“Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov ölkəmizin mədəniyyət paytaxtına - Şuşa şəhərinə səfər edib”.

Ulutv.info report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidentinin Şuşa şəhərində Xüsusi Nümayəndəsi Aydın Kərimov tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, diplomat Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə birlikdə şəhər, onun tarixi və gələcək inkişaf planları ilə tanış olub.

“Səfir işğalçılar tərəfindən dağıdılmış mədəniyyət və memarlıq abidələrini şəxsən görüb”, - A.Kərimov qeyd edib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info