Rusiyada təyyarənin qəzaya düşmə anı - VİDEO

Rusiyanın Ryazan şəhərində “İl-76” tipli təyyarə qəzaya düşüb. Nəticədə 4 nəfər həlak olub, 5 nəfər xəsarət alıb.

Ulutv.info xəbər verir ki, təyyarənin qəzaya düşmə anının görüntüsü yayılıb.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, "İl-76" hərbi-nəqliyyat təyyarəsi mühərrikində nasazlıq səbəbindən Ryazan vilayətində qəza enişi edib. Təyyarə göyərtəsində yük olmadan təlim uçuşu həyata keçirərkən nasazlıq yaranıb və ekipaj uçuş-enmə zolağından kənarda eniş etmək qərarına gəlib. Zərbə nəticəsində təyyarə qismən dağılıb.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info