Parisdə istedadlı sənətkar qadınlar gecəsində Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib

Paris şəhərində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “İstedadlı sənətkar qadınlar gecəsi” adlı ədəbi-bədii gecə keçirilib.

Fransa paytaxtının 8-ci rayonundakı “La maison de la vie assosiastive et citoyenne” Mədəniyyət Evində baş tutan tədbirdə istedadlı musiqiçilər, rəqqaslar, teatr aktyorları və rəssamlar iştirak ediblər.

Tədbirdə Azərbaycan şairəsi Məhsəti Gəncəvinin şeirləri səsləndirilib, tanınmış azərbaycanlı pianoçu Səidə Zülfüqarovanın, eləcə də onun fransız violonçel ustası Lor (Laure) Volpato ilə birlikdə yaratdığı “Alov” duetinin ifasında Azərbaycanın görkəmli bəstəkarları Fikrət Əmirov, Arif Məlikov və Ədilə Hüseynzadənin əsərləri təqdim edilib.

Qeyd edək ki, Səidə Zülfüqarova Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Parisdə fəaliyyət göstərən “Natəvan” Azərbaycan həftəsonu məktəbində musiqi dərsini tədris edir.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info