İran prezidenti anlaşma üçün qapıları bağladı - “Güzəştə getməyəcəyik”

İran Prezidenti İbrahim Rəisi ABŞ-ın Tehranın nüvə danışıqlarında başqa tələblər irəli sürdüyü və dialoqun bu səbəbdən uğursuzluğa düçar olduğu barədə açıqlamalarının doğru olmadığını bildirib.


Ulutv.info
milli.az və teleqraf.com-a istinadən bildirir ki, Rəisi ABŞ-a heç bir güzəştə getməyəcəklərini deyib.

"İran 5+1 və 4+1 ilə danışıqlarda həmişə məntiqli davranıb və öz ağlabatan tələblərini irəli sürüb. Bu gün də bizim dialoq komandamız müqavilə çərçivəsindən kənar heç bir tələb irəli sürməyib", - İran prezidenti vurğulayıb.

Rəisi nüvə anlaşmasının canlandırılması ilə bağlı danışıqlarda ölkəsinin mövqeyindən güzəştə getməyəcəyini söyləyib:

"ABŞ rəhbərliyi realist davranmalı və maksimum təzyiq siyasətindən əl çəkməlidir".

Rəisi Amerika rəsmilərinin, o cümlədən ABŞ Prezidenti Co Baydenin Yaxın Şərqə səfərinə də toxunub:

"Baxmayaraq ki, bu səfərlər sionist rejimin (İsrail - red.) mövqelərini gücləndirmək və bəzi ölkələrlə əlaqələrini normallaşdırmaq üçün edilir, amma bu səyləri sionistlərə təhlükəsizlik gətirməyəcək".

İran prezidenti ölkəsinin bölgədəki bütün hadisələri yaxından izlədiyini bildirib:

"Amerikalılardan bizə mesaj göndərənlərə dəfələrlə çatdırmışıq ki, İranın ərazi bütövlüyünə qarşı edilən ən kiçik addım bizim qətiyyətli reaksiyamızla qarşılanacaq".

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info