ABŞ hipersəs silahlarını sınaqdan keçirib.

ABŞ Hərbi Hava Qüvvələri "ARRW" proqramı çərçivəsində hipersəs silahının prototipini uğurla sınaqdan keçirib.

Ulutv.info report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Mart ayının ortalarında ABŞ hipersəs raketinin uğurlu sınağını keçirib, lakin Rusiya ilə gərginliyi artırmamaq üçün bu barədə məlumat yaymayıb. Strateji B-52 bombardmançı təyyarəsindən atılan raket 19 kilometr yüksəkliyə qalxaraq 480 kilometr məsafə qət edib.

Bundan əvvəl ABŞ-ın Kosmik Qüvvələrinin generalı David Tompson bildirib: “Hipersəs proqramlar baxımından çinlilər və rusiyalılar qədər irəlidə deyilik. Ancaq ABŞ sürətlə onlara çatmağa çalışır”.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info