İqor Dodonun anası korrupsiyada ittiham olundu.

Moldovanın sabiq Prezidenti İqor Dodonun anası qanunsuz varlanmada ittiham olunur.

Ulutv.info milli.az-a və qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Moldova Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ittihamla bağlı olaraq Qalina Dodon prokurorluğa çağırılıb.

"Dodonun anasının evində axtarış zamanı külli miqdarda pul aşkar edilib - 689,6 min leyi (təxminən 59 500 manat), 17 min avro və 1000 dollar. Həmçinin pulun bir hissəsi Sosialistlər Partiyasının simvolları olan zərfdə olub", - məlumatda qeyd olunur.

Qeyd edək ki, Dodon korrupsiyada və dövlətə xəyanətdə ittiham edilir. Onu 20 ilə qədər həbs gözləyir.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info