“Bu məxluqun əlini sıxmaq olmaz” - Medvedyev siyasi lideri təhqir etdi

"Avropa diplomatiyasının rəhbəri Jozef Borrell "faşist Rusiyası" ilə bağlı sözlərdən sonra həmişəlik əli sıxılmayanlar siyahısına daxil edilməlidir".


Ulutv.info teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib.

"Yenidən Avropa Birliyi komissarının bu iyrənc bəyanatına qayıtmaq istəməzdim, amma xüsusi olaraq qeyd etməliyəm ki, belə şeylər heç vaxt heç kim tərəfindən unudulmamalıdır. Bu şəxs həmişəlik əfv hüququ olmayan və əli sıxılmayan məxluqlar siyahısına salınmalıdır", - Rusiya rəsmisi söyləyib.

Medvedyev Lizz Trassın Böyük Britaniyanın baş naziri seçilməsinə də münasibət bildirib.

Onun iddiasına görə, Trass sələfi Boris Conson kimi, postundan rüsvayçılıqla gedəcək:

"Hamı ilə mübahisə edəcək, hər şeyi uğursuzluğa aparacaq və sələfi kimi vəzifəsindən rüsvayçılıqla ayrılacaq".

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info