Ukraynada müharibədə 236 uşaq itkin düşüb

Müharibə başlayandan bəri Ukraynada 236 uşaq itkin düşmüş hesab edilib, daha azı 7 343 uşaq deportasiya olunanlar siyahısındadır

Ulutv.info report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ombudsman Ofisi feysbukda məlumat yayıb.

Bildirilib ki, Ukraynanın müvafiq qurumları 5 391 uşaq tapıb, 55-ni evə qaytara bilib.

Qeyd edək ki, Rusiyanın hərbi təcavüzü başlayandan indiyədək 382 uşaq ölüb, 740-dan çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info