Müharibənin altı ayında Rusiya yanacaq ixracından 158 mlrd avro qazanıb

Müharibənin altı ayı ərzində Rusiya yanacaq ixracından 158 milyard avro qazanıb.


Ulutv.info report-a istinadən xəbər verir ki, bu barədə müstəqil beynəlxalq təşkilat olan Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzi (CREA) məlumat yayıb.

Bildirilib ki, qazancın 54 %-i və ya təxminən 85 milyard avrosu Avropa İttifaqı ölkələrinin payına düşür. Bu baxımdan Rusiyaya ən çox xeyir verən ölkələr Çin (12,6 mlrd), Almaniya (12,2 mlrd), İtaliya (7,9 mlrd), Niderland (7,8 mlrd) və Türkiyədir (6,8 mlrd).

Hesablama fevralın 24-dən avqustun 24-dək olan dövrü əhatə edir.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info