Rusiyanın Ukraynadakı itkilərinin sayı 50 mini ötüb

"Son sutkada Ukraynada Rusiya ordusunun daha 350 hərbçisi məhv edilib".


Ulutv.info report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 50150-yə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 077 tank, 4 484 zirehli döyüş maşını, 1 179 artilleriya sistemi, 296 reaktiv yaylım atəşi sistemi, 156 hava hücumundan müdafiə sistemi, 236 təyyarə, 207 helikopter, 876 PUA, 209 qanadlı raket, 15 gəmi, 3 305 avtomobil texnikası və avtosistern, 109 xüsusi texnikadan ibarətdir.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info