Britaniyanın yeni baş naziri məlum oldu

Böyük Britaniyada Mühafizəkarlar Partiyasının yeni sədri seçilib.


Ulutv.info trend-ə istinadən xəbər verir ki, qərar Britaniya parlamentinin iclasında elan olunub.

Bu vəzifəyə Mühafizəkarlar Partiyası üzvlərinin səs çoxluğu ilə Liz Trass seçilib.

O, eyni zamanda Böyük Britaniyanın yeni baş naziri vəzifəsinə də seçilib. L.Trass bu vəzifədə Boris Consonu əvəz edəcək.

Qeyd edək ki, B.Conson sabah kraliça II Elizabetə öz istefasını təqdim edəcək, kraliça isə yeni seçilmiş baş nazirə hökuməti formalaşdırmağı tapşıracaq.

Xatırladaq ki, B.Conson iyulun əvvəlində hökumət daxilində yaranan fikir ayrılıqları fonunda istefasını elan etmişdi. L.Trass Boris Conson hökumətində xarici işlər naziri vəzifəsində işləyib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info