Türkiyə ordusu Suriyada altı terrorçu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında davam etdirdiyi "Sülh bulağı", "Fərat qalxanı" və "Zeytun budağı" antiterror əməliyyatı bölgələrində ümumilikdə 6 terrorçu zərərsizləşdirib.


Ulutv.info trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, Türkiyə hərbçiləri hücum hazırlığında olan PKK mənsublarının qarşısını alıb. Türkiyə ordusunun itkilərinin olmadığı deyilir.

Qeyd edək ki, avqust ayı ərzində 90 terrorçunun məhv edildiyi bildirilib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info