Atadan ŞOK ƏMƏL: keçmiş arvadından qisas almaq üçün iki uşağı zəhərləyərək öldürdü

Boliviyalı kişi uşaqları anası yeni kişi ilə tanış olduqdan sonra zəhərlənmiş yoqurtla öldürdüyünə görə 60 il həbs cəzasına məhkum edilib.


Ulutv.info milli.az-a istinaden bildirir ki, bu barədə "The Sun" yazır.

37 yaşlı Xavyer Ernandes Rohano keçmiş arvadına dörd və yeddi yaşlı uşaqlar üçün yeni ayaqqabı almaq istədiyini söyləyib. Lakin o, mağaza əvəzinə oğlanları evə aparıb və orada uşaqlara maye insektisidlə zəhərlədiyi yoqurt yedirib. Kişi özü də zəhərli yemək yeyib, bundan sonra mədəsində şiddətli ağrılar yaranıb. Vəziyyəti ağır olduğundan o, La-Pas şəhərindəki polis bölməsinə gəlib və burada əməlini etiraf edib.

Rohano bir neçə həftə reanimasiyada yatıb və bütün bu müddət ərzində uşaqları öldürdüyünə görə ailə üzvlərindən üzr istəyib. O, polisə bildirib ki, bunu qısqanclıq zəminində etmək qərarına gəlib, çünki keçmiş həyat yoldaşı yeni partnyorla tanış olub.

Bu əhvalat ədalət tələb edən yerli əhalinin kəskin reaksiyasına səbəb olub. Nəticədə cinayət məhkəməsi həmin şəxsi 60 il müddətinə azadlıqdan məhrum edib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info