“YouTube” Semyon Peqovun “Wargonzo” səhifəsini silib

“YouTube” videohostinqi Azərbaycana qarşı qərəzli mövqeyilə seçilən, İkinci Qarabağ müharibəsi dövründə, eləcə də ondan bir müddət sonra yalan xəbərlər yayan rusiyalı jurnalist Semyon Peqovun “Wargonzo” səhifəsini silib.

"ULUtv.info" oxu.az istinadən bildirir ki, bu barədə layihənin “Telegram” kanalında bildirilib.

Silinməyə səbəb səhifədə Ukraynadakı müharibə ilə bağlı həqiqətə uyğun olmayan süjetlərin yayımı olub.

Qeyd edək ki, hazırda videoservisdə “Wargonzo”nun yeni səhifəsi fəaliyyət göstərir.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info