Bayden məzuniyyətini 20 milyon dollarlıq malikanədə keçirir

ABŞ Prezidenti Co Bayden yay məzuniyyəti çərçivəsində Cənubi Karolina ştatının Kiava adasındakı sahildəki malikanədə yaşayır.

Ulutv.info report-a istinadən xəbər verir ki, bu barədə "New York Post" mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, Ağ Evin rəhbəri və ailəsi 20 milyon dollarlıq mülkdə tamamilə pulsuz yaşayır.

Qeyd olunur ki, evi Baydenə Demokratlar Partiyasının uzun müddətdir sponsorlarından biri olan Mariya Olvin verib. Söhbət doqquz yataq otağı, bir neçə hovuz və ətrafında kifayət qədər geniş ərazinin olduğu malikanədən gedir.

"Onlar əvvəllər burada qalıblar və heç nə ödəmirlər. Onlar heç vaxt pul ödəməyiblər. Onlar sadəcə dostdurlar", - NYP-dəki mənbə bildirib.

Eyni zamanda, nəşrin yazdığına görə, Bayden cütlüyü malikanənin sahibini 10 ilə yaxındır tanıyır və Olvin dəfələrlə hazırkı dövlət başçısının seçki kampaniyalarına, o cümlədən 2020-ci il seçkiləri zamanı sərmayə qoyub.





Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info