Tehranda hərbi bazaya ŞOK HÜCUM: Bombalar partladıldı

İyulun 1-də Tehranda İslam İnqilab Keşikçiləri Korpusuna məxsus hərbi hissənin hücuma məruz qaldığı barədə xəbərlər təsdiqini tapıb.

Qazet.az xəbər verir ki, iranlı deputat, İslam İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı Kevseri hərbi hissəyə bomba ilə hücum edildiyini ifadə edib. Onun sözlərinə görə, hücumu terrorçu Xalq Mücahidləri təşkilatının üzvləri təşkil edib. Deputat hücumun xaricdən təşkil edildiyini qeyd edib. Fəsadlar barədə məlumat verilməyib.

Qeyd edək ki, sosial mediada hərbi hissədə partlayışların törədildiyi barədə videolar yayılmışdı.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info