Zelenskini gözdən salacaq addım: Kəşfiyyat Kremlin planlarını AÇIQLADI

Rusiya Qərbi Avropada Ukrayna Prezidenti Vladimir Zelenskini nüfuzdan salmağa yönəlmiş informasiya "hərəkatı" hazırlayır.

Ulutv.info publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Rusiya Federasiyası Prezidentinin administrasiyası Rusiya xüsusi xidmət orqanlarına bağlı yeni strukturun yaradılması barədə razılığa gəlib.

"Onun əsas vəzifəsi Qərbi Avropa ölkələrində Ukrayna Prezidenti Vladimir Zelenskini gözdən salmağa yönəlmiş informasiya "hərəkatını" həyata keçirmək olacaq", - deyə məlumatda bildirilib.

Məlumata görə, "hərəkat" müəlliflərinin niyyətinə əsasən, "Zelenski Fondu" adlanan saxta platforma (veb-sayt) yaradılacaq və burada təkliflər təqdim ediləcək, həmçinin "fəaliyyətə" qoşulmaq üçün xarici vətəndaşlara və qurumlara yerləşdiriləcək.

Avropa ölkələrində Fondun təşkilati strukturunun işinin "şəbəkə marketinqi" prinsipi əsasında inkişaf etdirilməsi planlaşdırılır. Təşkilatçıların fikrincə, bu, göstərilən məlumatların Avropa media məkanında fəal şəkildə yayılmasına imkan verəcək.

Bildirilib ki, avqustun 10-da bu layihənin icrasına başlanılması üçün əsas hazırlıq işləri başa çatıb, xüsusən də Fondun internet saytı yaradılıb. Kəşfiyyat rəsmiləri qeyd edirlər ki, yaxın vaxtlarda layihənin tam şəkildə işə salınması və geniş media təbliğat kampaniyasının başlanması gözlənilir.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info