Prezident Ofisi: "Krımda baş verənlər xəbərdarlıq kimi qəbul edilməlidir"

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak Krım və Belarusda baş vermiş partlayışlara münasibət bildirib.

Ulutv.info report-a istinadən xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

"Rusiyalı hərbçilər hərbi aerodromlarda baş verənləri xəbərdarlıq kimi qəbul etməlidirlər. Bu, o deməkdir ki, Ukraynanı unudun, hərbi formanızı çıxarın və ərazimizi tərk edib", - Podolyak bildirib.

O həmçinin qeyd edib ki, əks halda qarşı tərəf Krımda və Belarusda özlərini təhlükəsiz hiss edə bilməyəcəklər.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info