Rusiyalı qadın bir ay ərzində evinə 650 miqrantı qeydiyyata saldı

Kalininqradda 44 yaşlı qadın bir ay ərzində evinə 650 miqrantı qeydiyyata salıb.

Ulutv.info oxu.az-a istinadən xəbər verir ki, bu barədə regional Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ev sahibi qanunsuz miqrasiyanın təşkilində şübhəli bilinir.

2022-ci ilin may ayından iyun ayına qədər qadın General Karbışev sahilində yerləşən üç mərtəbəli evinə 650 əcnəbini qeydiyyata salıb.

Hüquq-mühafizə orqanlarının yoxlaması nəticəsində məlum olub ki, sözügedən ünvanda qeydiyyatda olan vətəndaşların heç biri əslində orada yaşamırlar.

Rusiyalı qadına qarşı cinayət işi başlanıb. Onu üç ilə qədər həbs gözləyir.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info