Ukraynada Rusiya casusu saxlanılıb

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) ölkədəki Rusiya casusunu saxlayıb.

Ulutv.info report-a istinadən xəbər verir ki, həmin şəxs Qərbin Ukraynaya silah tədarükü ilə bağlı kəşfiyyat məlumatları ötürürmüş.

İstintaqın məlumatına görə, özünü hərbi ekspert kimi təqdim edən casus Kiyev sakinidir.

Onun Rusiya xüsusi xidmət orqanlarının təlimatı ilə kəşfiyyat və təxribat fəaliyyətinə cəlb olunduğu müəyyən edilib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info