12 yaşlı qız anasına və bacısına bıçaqla hücum edib

Rusiyada Samarada 12 yaşlı məktəbli qız anasına və kiçik bacısına bıçaqla hücum edərək onlara çoxsaylı ağır xəsarətlər yetirib.

Ulutv.info milli.az-a istinadən bildirir ki, bu barədə "SHOT" Telegram kanalı məlumat yayıb.

Hadisə avqustun 10-da səhər saatlarında qızın ailəsi ilə birlikdə yaşadığı Molodejnaya küçəsindəki yaşayış binasında baş verib. Xəsarət alan qadının 39, kiçik qızının dörd yaşı var. İndi onlar reanimasiyadadırlar, həkimlər həyatları üçün mübarizə aparırlar.

Hücumun motivləri araşdırılır. Hücum edən qızın valideynlərinin 2021-ci ildə boşandığı məlum olub.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info