Bu ölkədə meymunçiçəyinə yoluxma halı 5 mini keçdi

İspaniya meymunçiçəyinə yoluxma hallarının sayına görə dünyada ABŞ-dan sonra ikinci, Avropada isə birinci yerdədir.

Ulutv.info qafqazinfo-ya istinadən xəbər verir ki, İspaniya Səhiyyə Nazirliyinə bağlı Səhiyyə Xəbərdarlıqları və Fövqəladə Hallar Koordinasiyası Mərkəzinin (CCAES) verdiyi məlumata görə, meymunçiçəyi xəstəliyinə yoluxanların sayı son 5 gündə 220 nəfər artaraq 5162 nəfərə çatıb.

Ölkədə meymunçiçəyi xəstəliyinin ən çox olduğu şəhər 2094 yoluxma halı ilə Madrid olub.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info