İlon Mask “Tesla”nın səhmlərini rekord məbləğə satdı

Amerikalı sahibkar İlon Mask "Tesla" şirkətinin səhmlərini 6,9 milyard dollar məbləğinə satıb.

Ulutv.info milli.az-a istinadən xəbər verir ki, bu barədə "qafqazinfo" "Bloomberg" agentliyinə istinadən məlumat yayıb.

Bu, biznesmenin ən böyük səhm satışı olub.

Qeyd edək ki, İ. Mask "Tesla" və "SpaceX" şirkətlərinə rəhbərlik edir. "Bloomberg"in qiymətləndirməsinə görə, o, 230 milyard dollar sərvətlə dünyanın ən zəngin insanıdır.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info