Xəstə həkimi silahla təhdid etdi: “Beynimdə çip var, Amerika məni dinləyir, çıxar”

Türkiyənin Elazığ vilayətində xəstə həkimi silahla təhdid edib.

Ulutv.info oxu.az-a istinadən xəbər verir ki, hadisə özəl xəstəxanaların birində baş verib. Beynindən şikayətlərinin olduğunu deyən xəstə həkimdən MRT olunmasını tələb edib. Əvvəllər də eyni şikayətdən MRT çəkildiyini bildirən həkim xəstəyə sağlam olduğunu deyib. Bu zaman xəstə silah çıxarıb. "Beynimdə çip var, Amerika məni dinləyir. Onu tap və çıxar", - deyə hədələyib.

"Məni hədələdi ki, güllələri beyninə boşaldacağam. Silahı çıxaranda onun üstünə cumdum. 15 dəqiqə mübarizə apardıq. Silah hər an partlaya bilərdi. Birimiz ölə bilərdik", - deyə həkim keçirdiyi qorxulu anlardan danışıb.

Xəstə polis qrupları tərəfindən nəzarətə alınıb. Daha sonra gətirildiyi məhkəmə tərəfindən həbs edilib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info